Rusiya prezidenti Vladimir Putin dünya şöhrətli aktyor və rejissor Stiven Siqalı “Dostluq” ordeni ilə təltif edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Kremlin saytında yer alıb.
Mənbə yazır ki, sənətçiyə orden beynəlxalq mədəni-humanitar əməkdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə verilib.
Xatırladaq ki, Stiven Siqal 10 aprel 1952-ci ildə ABŞ-ın Miçiqan ştatının Lensinq şəhərində əslən yəhudi olan riyaziyyat müəllimi Semuel Stiven Siqal (1928—1991) və əslən irland olan xəstəxana işçisi Patrisiya Siqalın (1930—2003) ailəsində doğulub.

Bizim.Media