Vyanada keçirilən Xocalı aksiyasına 31 ölkədən 1000-dən çox soydaşımız gəlib - FOTO

Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilib.

Bizim.Media xəbər verir ki, aksiyaya 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri qatılıblar.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada vətənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Soydaşlarımız, eləcə də onlara dəstək verən əcnəbilər Azərbaycanın və yaşadıqları ölkələrin bayraqlarını dalğalandırıb, Xocalı soyqırımının tanıdılmasını, eləcə də dünyadan ədalət gözləntilərini əks etdirən şüarlar yazılmış plakatlar nümayiş etdiriblər.

İştirakçılar Xocalı soyqırımı ilə bağlı məlumatları, eyni zamanda Azərbaycan xalqının 31 ildir ədalət gözlədiyini ingilis, litov, serb, alman, italyan, fransız, yunan, polyak, ivrit, azərbaycan, gürcü, norveç, fin, ispan, türk dillərində diqqətə çatdırıb, bu dəhşətli hərbi cinayətə hüquqi-siyasi qiymətin verilməsini, günahkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab vermələrini tələb ediblər.

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Xocalı soyqırımına həsr edilmiş sənədli filmin nümayiş olunduğu aksiyada soyqırım qurbanları klassik musiqi nömrələrinin səsləndirilməsi ilə xatırlanıb, yerli ictimaiyyətin marağına səbəb olan fləşmoblar keçirilib.

Diaspor nümayəndələrinin “Xocalı 613” yazısının ətrafına şamlar düzməsi soyqırım həqiqətlərinin inikasına çevrilib, ətrafdakılara xüsusi təsir bağışlayıb və yerli ictimaiyyətin böyük marağına səbəb olub.
Aksiya çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Xocalı soyqırımı ilə bağlı məlumatları əks etdirən kitab, buklet, broşür və materiallar şəhər ictimaiyyətinə paylanılıb.

Sonda aksiyanın bəyanatı ingilis və alman dillərində təqdim olunub.

Qeyd edək ki, aksiya iştirakçıları mitinqin gedişində Türkiyədəki dağıdıcı təbii fəlakətdən zərərçəkənlərə dəstək olmaq məqsədilə maddi yardım toplayıblar. Maddi yardım aksiyanın Təşkilat Komitəsi tərəfindən AFAD-ın hesabına köçürülüb.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Şəkidə minik avtomobili yandı

Şəkidə minik avtomobili yandı

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Günün AXŞAM xəbərləri

Günün AXŞAM xəbərləri

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO

IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO

"The New York Times" Ukrayna və İran müharibəsini MÜQAYİSƏ ETDİ

"The New York Times" Ukrayna və İran müharibəsini MÜQAYİSƏ ETDİ

Pensilvaniyada nadir atmosfer hadisəsi lentə alındı - VİDEO

Pensilvaniyada nadir atmosfer hadisəsi lentə alındı - VİDEO

ABŞ İrana yeni zərbələr endirdi - VİDEO

ABŞ İrana yeni zərbələr endirdi - VİDEO

Tramp Ukrayna münaqişəsi haqqında: "Mən müharibənin tezliklə bitməsini istəyirdim, Qrem isə..." - VİDEO

Tramp Ukrayna münaqişəsi haqqında: "Mən müharibənin tezliklə bitməsini istəyirdim, Qrem isə..." - VİDEO

End of content

No more pages to load

RADİO