Kahramanmaraşda AZƏRBAYCAN BAYRAĞINI müqəddəs əmanət kimi saxlayan ailə - FOTO/REPORTAJ

Kahramanmaraşın 12 Şubat, Orman dairəsi adlanan ərazisində bir çadır daha çox diqqət çəkir.

Bu çadır digərləri kimi deyil. Taxta parçalarından qurulan bu yöndəmsiz çadır neçə günlərdi ki, çarəsiz insanların əsas sığınacağı, xilas yeridir.

İnsanlardan bu çadırın kimə məxsus olduğunu soruşuram. Eşin ailəsinə məxsus olduğunu deyirlər. Çadır qapısına yaxınlaşıb sahibini səsləyirəm. Ailə başçısı Ahmet Eşin səsimə səs verir. Danışıq tərzimdən azərbaycanlı olduğumu bilib məni içəri dəvət edir. 

Kiçik komanın bir küncündə yataq dəsti, bir küncündə isə beş nəfərlik ailəyə yetməyəcək qədər qab-qacaq qoyulub. Lap başdan isə üç rəngli şanlı Azərbaycan bayrağı asılıb. Mənzərə o qədər qürurvericidir ki, hislərimizi sözlə ifadə etmək mümkün olmur.

Qəlbimizdən keçən sözlər yaş olub gözlərimizdən axır. Üçrəngli bayrağımıza baxdığımı görüb sükutu 50 yaşlı Ahmet Eşin pozur. 

"Kiçik oğlum Ümeyir gətirib. Soruşdum ki, bu Azərbaycan bayrağını haradan almısan? Dedi ki, qardaşlarımdan istədim onlar da verdilər. Oğlum bildirdi ki, ata bu bayraq mənə müqəddəs əmanətdir. Fəlakət baş verəndə evimizdə olan türk bayrağını götürə bilmədik. Ümeyir bayrağı gətirəndə çox sevindim. Qardaş ölkənin bayrağıdır, əzizdir, əmanətdir. Gözümüz kimi qoruyacağıq. Oğlum dedi ki, gəlin Azərbaycan bayrağını çadırımızın başından asaq. Sözsüz razı oldum, asaq oğlum, dedim. Biz bir millət, iki dövlətik, bayraqlarımız da eyni dərəcədə müqəddəsdir".

Ahmet Eşinin dörd övladı var. Onlardan biri qız, üçü oğlandı. Qızını köçürüb, üç oğlu ilə birlikdə yaşayır. Ən kiçik oğlu Ümeyrin cəmi səkkiz yaşı var. O, bir neçə dəfə azərbaycanlılar olan yerə gedib onlardan şirniyyatlar götürüb. Elə üçrəngli bayrağımızı da qardaş köməyinə gələn azərbaycanlılardan alıb. 

Eşin ailəsini də evi zəlzələdən zərər gördüyü üçün evə girə bilmirlər. Çadır olmadığı üçün məcbur qalıb özləri düzəldib: 

"Çadır çatışmazlığı var. Tək biz deyilik, bir çox ailələrə çatmayıb. Yaxın günlərdə çadır gələrsə, gedib götürəcəyik. Bir neçə gün avtomobildə qaldıq. Gecələr çox soyuq olurdu. Həyat yoldaşım və uşaqlar üşüməsin deyə bu çadırı qurmalı oldum. Olacağa çarə yoxdur. Təki Dövlətimiz var olsun. Müvəqqəti çətinlikdir, keçib gedəcək", - deyir, Ahmet Eşin. 

Müsahibim fəlakət nəticəsində bir neçə qohumunu itirib, bundan başqa içərisində azyaşlı olmaqla bir neçə qohumları reanimasiyada yatır. Buna baxmayaraq həyatın axarına qoşulmağa, gələcəyə nikbin ruhla kökləniblər. 

Şəhərdə isə dağıntılar altında qalanların sağ qalmağına ümidlər getdikcə tükənir. 

Elgün Gəncimsoy, Bizim.Media, Türkiyə, Kahramanmaraş








 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sikorski: Putin Polşaya hücum etmək gücü yoxdur

Sikorski: Putin Polşaya hücum etmək gücü yoxdur

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Müşfiqabadda açıq sahədə yanğın oldu

Müşfiqabadda açıq sahədə yanğın oldu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Şəkidə minik avtomobili yandı

Şəkidə minik avtomobili yandı

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Günün AXŞAM xəbərləri

Günün AXŞAM xəbərləri

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO

IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO

"The New York Times" Ukrayna və İran müharibəsini MÜQAYİSƏ ETDİ

"The New York Times" Ukrayna və İran müharibəsini MÜQAYİSƏ ETDİ

End of content

No more pages to load

RADİO