Rusiya Avstriya səfirliyinin dörd əməkdaşını ölkədən çıxarır.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Cavab tədbiri qismində Avstriya Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin 4 əməkdaşı “arzuolunmaz şəxs” elan edilib. Onlardan fevralın 23-ü günün sonuna qədər ölkəni tərk etmək tələb olunub", - deyə Rusiya XİN-nin məlumatında qeyd edilib.
Qeyd edək ki, daha əvvəl Avstriya 4 Rusiya diplomatını “arzuolunmaz şəxs” elan edib.
Bizim.Media