ABŞ Federal Tədqiqatlar Bürosu prezident Co Baydenin Delaveyr əyalətindəki evində daha 6 məxfi sənəd tapıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baydenin şəxsi vəkili Bob Bauer məlumat yayıb.
Onun sözlərinə görə, FTB agentləri Baydenin Villmingtondakı evində axtarış aparıb. Rəxminən 13 saat davam edən axtarış zamanı Baydenin Senatına və vitse-prezidentlik dövrlərinə aid 6 məxfi sənəd tapılıb.
Qeyd edək ki, sonuncu dəfə yanvarın 13-ü Co Baydenin ofisindən məxfi sənədlər tapılmışdı. Sənədlərni Baydenin 2009-2017-ci illərdə vitse-prezident olduğu dövrə aid olduğu bildirilmişdi.
Bizim.Media