Braziliya Prezidenti Lula da Silva Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Culio Sezar de Arrudanı vəzifəsindən azad edib.
Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, buna səbəb generalın Konqresə basqın zamanı məsuliyyətsizliyə yol verməsi olub.
Xatırladaq ki, Braziliyada sabiq dövlət başçısı Jair Bolsonaronun tərəfdarları tərəfindən yanvarın əvvələrində kütləvi etirazlar keçirilib.
Bizim.Media