Suriyanın ən böyük şəhəri Hələb yaxınlığında beşmərtəbəli yaşayış binasının uçması nəticəsində biri uşaq olmaqla, ən azı 10 nəfər həlak olub.
Bizim.Media xarici KİV-lərə istinadla xəbər verir ki, yaşayış binasında 30-a yaxın insanın yaşadığı bildirilib.
Binanın uçmasında səbəb kimi suyun sızması nəticəsində bünövrənin aşınması ehtimal edilir.
Hazırda xilasedicilər dağıntılar altında sağ qalanları və cəsədləri axtarır.
Bizim.Media