“Ukraynada Rusiyanın itkilərinin sayı heyrətamiz dərəcədə artaraq 188 minə çatıb”.
Bizim.Media “The Sun”a istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı məlumat yayıb.
Məlumata görə, Almaniyanın cənubinda yerləşən Ramştayndakı ABŞ-ın hərbi bazasında Ukraynaya dəstək məqsədilə keçirilən sammitdə Rusiyanın verdiyi itki və ya yaralılarla bağlı yeni daha böyük rəqəmlər təqdim olunub.
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Rusiyanın “çox böyük itkilər” verdiyini desə də, dəqiq rəqəmi açıqlamayıb: “Onlara (Rusiyanı nəzərdə tutur - red.) həqiqətən də çox zərbə vurdular... Mən deyərdim ki, 100 000-dən çox itki veriblər”.
Həmçinin qeyd olunub ki, “Vaqner” muzdlu dəstəsi də çox böyük itkilər verib.
Bizim.Media