"Türkiyə, Rusiya və Suriya arasında üçtərəfli görüş fevralda baş tuta bilər".
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu"ya müsahibəsində bildirib.
Çavuşoğlu bununla yanaşı, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın yanvarın 17-də Türkiyəyə səfər edəcəyini bildirib.
Nazir qeyd edib ki, bütün ölkələrlə diplomatik təmaslar davam etdirilir.
Bizim.Media