Litva Xarici İşlər Nazirliyi Cənubi Koreyanı Ukraynaya silah tədarükünə qoşulmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu çağırışı Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Koreyanın "JoongAng Daily" portalına deyib.
"Biz başa düşürük ki, müxtəlif ölkələrin Ukraynaya yardım formaları ilə bağlı fərqli baxışları ola bilər və Cənubi Koreyada gedən müzakirələrə hörmətlə yanaşırıq. Lakin Seul Kiyevə hərbi yardım göstərməkdə iştirak edə bilər", - deyə nazir bildirib.
Bizim.Media