Bred Pitt və Ancelina Colinin qızı atasının soyadı daşımaq istəməyib.
Bizim.Media “The Mirror”a istinadən xəbər verir ki, hazırda aktyorların – Bred Pitt və Ancelina Colinin 6 uşağı var və onlar analarının Los-Ancelesdəki imarətində yaşayırlar.
Ancelina ilə yaşasalar da, onlar vaxtaşırı Bredlə də ünsiyətdə olurlar. Lakin populyar eks cütlüyün bioloji qızları Şaylo bütün sosial şəbəkə hesablarında atasının soyadını silib.
Məqalədə deyilir ki, Bred Pitt üçün bu xəbər ağır zərbə olub. Çünki aktyor uşaqlarından ən isti münasibəti məhz 14 yaşlı qızına göstərib.
Bizim.Media