Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün pakistanlı həmkarı Biləval Bhutto Zərdari və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
Çavuşoğlu pakistanlı həmkarı ilə ikitərəfli münasibətlər və Əfqanıstandakı mövcud hadisələri, finlandiyalı həmkarı ilə isə danışıq zamanı NATO-nun genişlənməsi və Ukraynadakı son hadisələri müzakirə edib.
Bizim.Media