İran hökumətinin Təhlükəsizlik Şurası mətbuata ABŞ dollar ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media “Azad İran“a istinadən xəbər verir ki, şura ölkə KİV-lərinə "Dollar haqqında yazsanız, barənizdə tədbir görüləcək!", deyə xəbərdarlıq edib.
Qeyd edilib ki, ötən həftə İranın Milli Təhlükəsizlik Şurası bütün media orqanlarına dolların bahalaşması ilə bağlı heç nə yazmamağı tapşırıb.
Son bir neçə gündə dolların bahalaşmasına dair xəbər yayan, demək olar ki, hər bir KİV-nə bu barədə xəbərdarlıq edilib.
Bildirilib ki, bu, bir praktikadır və Əhmədinejad hökumətində medianın ağzını bağlamaqla dolların bahalaşmasının qarşısının alınacağı düşünülür.
Bizim.Media