Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Corciya Meloni ilə telefonla danışıb.
Bizim.Media Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat verilib.
Məlumata görə, tərəflər Ukrayna hərbçiləri üçün hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükünü müzakirə ediblər:
“Həmrəyliyə və “Ukraynaya hərtərəfli dəstəyə görə Corciya Meloniyə təşəkkür etdim. İtaliya hökumətinin əlavə 10 milyon avro yardım ayırmasını alqışladım. Corciya Meloni Ukrayna səmasını qorumaq üçün hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsinə baxılacağını açıqladı. Biz “Sülh formulu”nu müzakirə etdik”.
Bizim.Media