İsveç Ukraynaya əlavə olaraq təxminən 19,2 milyon ABŞ dolları ayırıb.
Bizim.Media “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ayrılan vəsait Böyük Britaniyanın rəhbərliyi altında fəaliyyət göstərən Ukraynaya Beynəlxalq Dəstək Fonduna yönəldiləcək və Ukraynanın hərbi potensialının gücləndirilməsinə xərclənəcək.
Bizim.Media