Mahnı üstündə Rəqsanə Damla ilə DOSTLUĞUNU BİTİRDİ - VİDEO 

Müğənni Rəqsanə İsmayılova ilə həmkarı Damla (Məsumə Məmmədova) arasında qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqsanə qonaq olduğu “Həmin Zaur” axşam şousunda məlumat verib.

Sənətçi bildirib ki, Damla ilə münasibətinin korlanmasına səbəb ən son təqdim etdiyi “Ay ürəyim” mahnısı olub:

“Afşinin (İranlı müğənni Afşin Azəri-red.) yanına getdim, 8 mahnı göstərdi, başa saldım ki, aranjımanı özüm etdirəcəm. 300 manat behi verdim, sonra Bakıdan Moskvaya getməli oldum. Bir müddət keçdi, Bakıya qayıtdım və yenidən görüşüb restorana getdik, yedik-içdik, hesabı isə mən ödədim.
Prodüserim Nigar ona 2 min manat pul verdi, dedi, “bu pulu götür, Moskvaya gedək qayıdanda mahnının qalan pul məsələlərini həll edərik”. Sonra Nigar zəng edib söylədi ki, “o pulu götürmədi, səndən 35 min manat istəyir”.

Mən də dedim ki, elə o pulla gedərəm Türkiyədən mahnı alıb gələrəm. Mahnının aranjımanını bitirdim, studiyada oxuyub qurtardım, Afşinə dedim ki, gəlib sənə sürpriz edəcəm. Aranjıman edən oğlan sonra zəng etdi ki, “burada qırğın gedir, həmin nəğməni Damla oxuyub”. Damlaya mesaj yazdım.

Deyirəm ki, iki dəfə belə bir şey olub, bir dəfə də Aysunla oxuyanda baş vermişdi. Həmin məqamda da Damlaya yazdım, prodüseri Şamil İsmayılov dedi ki, o, mahnıya "ürək, ciyər, böyrək" qoyub, dedim yaxşı, oxusun. Aradan bir ay keçmədi, Damlanın başına böyük problem gəldi.

Onu ortaq dostlarımla tanış etdim, Rusiyada onların ətrafında bir dənə belə tanışları yoxdur ki, başlarına iş gəlsə, əllərindən tutsun. Anası və bacısı ilə danışıb ürək-dirək verdim, hər şeyi yoluna qoydum.
Pandemiya dövründə Damla Dağıstanda yolun qırağında qalmışdı. Mən onunla bərabər iki kişini həmin hadisədən qurtarıb, evimə gətirdim. İndi bunları niyə deyirəm, çünki bir dəfə də bu problem olmuşdu, dedi ki, 3 min manat xərc çəkmişəm, sonra başına o, hadisə gəldi, mən onu 100 minlik işdən qurtardım. İndi də o, Rəqsanənin adını eşidib, deyə bilərdi ki, “bu mahnını oxumuram”.

Pandemiya dövründə onu mənim dostlarım həmin hadisədən qurtardı, evlərinə göndərdi.Yaxşılığı itirmək olmaz. Nə qədər ki, Şamil (müğənni Damlanın prodüseri-red.) yanındadır, onun ətrafı olmayacaq, həmişə problem yaşayacaq.

Bu gün efirdə maskalanmaq lazım deyil. Sonra sənin verilişinə çıxdı, sənə də dedim ki, məni efirə qoşardın, deyərdim ki, onu kim Azərbaycana göndərib.

Hədə-qorxu etmirəm, amma bilirsən ki, mənimlə problem edə bilməzsən. Mənə deyirdin ki, heç bir müğənni ilə münasibətin yoxdur, mənimlə ana-bacı kimisən, amma sən bu münasibəti də itirdin".
Qeyd edək ki, Rəqsanə ilə Damlanı üz-üzə qoyan mahnı "Ay ürəyim" adlanır. Damlanın isə səsləndirib, klip çəkdirdiyi həmin nəğmə "Hazırlaşır" adı ilə təqdim edilib. Rəqsanə sözügedən bəstəni 5 gün, Damla isə bir gün sonra "YouTube"da nümayişə çıxarıb.

Rəşad Əliyev, Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Həyətdəki ilbizlərdən necə qurtulmaq olar?

Həyətdəki ilbizlərdən necə qurtulmaq olar?

Bakı bulvarı dağlalələri ilə yenidən rəngə boyandı - FOTOlar

Bakı bulvarı dağlalələri ilə yenidən rəngə boyandı - FOTOlar

İran yenidən “Amazon”a hücum etdi

İran yenidən “Amazon”a hücum etdi

Birinci Liqa: Mərkəzi oyunda “Səbail” qalib gəldi

Birinci Liqa: Mərkəzi oyunda “Səbail” qalib gəldi

İlham Əliyev: "Azərbaycanın İrana göstərdiyi humanitar yardım davam edəcək"

İlham Əliyev: "Azərbaycanın İrana göstərdiyi humanitar yardım davam edəcək"

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Qardaşlarımız gəldi... – FOTO

Qardaşlarımız gəldi... – FOTO

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

“Qış yuxusu”ndan oyanan xəstəliklər – Orqanizm niyə yaz fəslini sevmir?

“Qış yuxusu”ndan oyanan xəstəliklər – Orqanizm niyə yaz fəslini sevmir?

Hotellərdəki şampundan niyə istifadə etmək olmaz?

Hotellərdəki şampundan niyə istifadə etmək olmaz?

Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə LƏĞV EDİLDİ

Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə LƏĞV EDİLDİ

Şirkət rəhbəri işçilərinin kirayə xərclərini və kreditlərini ömürlük ödəyəcək

Şirkət rəhbəri işçilərinin kirayə xərclərini və kreditlərini ömürlük ödəyəcək

Ağdaşda 28 yaşlı qadın itkin düşdü – FOTO

Ağdaşda 28 yaşlı qadın itkin düşdü – FOTO

Hansı ali məktəblər hansı şəhərlərə köçürüləcək - ilkin siyahı

Hansı ali məktəblər hansı şəhərlərə köçürüləcək - ilkin siyahı

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

End of content

No more pages to load

RADİO