ABŞ prezidenti Barak Obama və onun fransalı həmkarı Fransua Olland aralarında keçirilən telefon danışığı zamanı İŞİD terror qruplaşmasını məhv etmək niyyətində olduqlarını bəyan ediblər. APA-nın “RİA Novosti”x9dyə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilib. xa0xa0
xa0
İki dövlət başçısı vətəndaşlarının təhlükəsizliyinin necə təmin edilməsini müzakirə ediblər. xa0xa0
xa0
Bəyanatda qeyd olunub ki, Fransua Ollandın gələn həftə Vaşinqtona səfəri zamanı prezidentlər Suriyada münaqişənin nizamlanması yollarını və İŞİD-lə mübarizədə gələcək addımları müzakirə edəcəklər. xa0xa0