“Şarli Hebdo”x9d karikaturaçısı Coan Sfarın sosial şəbəkələrdə #PrayforParis (Paris üçün dua et) həştəqli paylaşımlar barədə şəxsi İnstaqram hesabından verdiyi açıqlama birmənalı qarşılanmayıb.
Moderator.az Axar.az-a istinadən xəbər verir ki, karikaturaçı açıqlama verərək “Paris üçün dua etməyin”x9d çağırışı edib. Paylaşılan karikaturada bu sözlər yer alıb:
“Bütün dünyadakı dostlar, #PrayforParis üçün təşəkkür edirik, amma daha çox dinə ehtiyacımız yoxdur! Bizim inancımız musiqiyə, öpüşlərə, həyata, şampan və oyuncaqlara doğru gedir! #Parisisaboutlife”x9d.
Xatırladaq ki, Fransanın paytaxtı Parisdə ard-arda baş verən silahlı və bombalı hücumlardan sonra minlərlə adam fransızlara dəstək məqsədi ilə Tvitterdən #PrayforParis (Paris üçün dua et) həştəqi ilə paylaşımlar etməyə başlamışdı.