“Ukrayna Qara dənizdəki taxıl dəhlizinin hərbi məqsədlər üçün istifadə olunmayacağına zəmanət verməlidir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsarla görüşündə deyib.
"Görüş zamanı beynəlxalq platformalarda Rusiya-Türkiyə əməkdaşlığının əsas istiqamətləri, ilk növbədə, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının daşınması üzrə "Qara dəniz Təşəbbüsü" bu yaxınlarda Kiyevin Sevastopola qarşı törətdiyi terror aktı kontekstində təhlil edilib",- deyə məlumatda qeyd olunub.
Bizim.Media