Xəbər verdiyimiz kimi, ötən həftə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əri Paul Pelosiyə hücum edilib.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, hücum edən 42 yaşlı Devid Ueyn Depeypə qarşı “vəzifəli şəxsin oğurluğuna cəhd” ittihamı irəli sürülüb.
Bildirilib ki, hadisəni törədən şəxsi 50 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, Devid Ueyn Depeyp Paul Pelosiyə çəkiclə ağır zərbələr endirib və nəticədə Pelosinin kəllə sümüyü çatlayıb, qolları ciddi zədə alıb.
Bizim.Media