Moldova Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşını “persona non-qrata” elan edib və ondan ölkəni tərk etməyi tələb edib.
Bizim.Media "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu, oktyabrın 31-də Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Moldovanın Naslavça kəndinin şimalına raketin atılması və onun vurularaq zərərsizləşdirməsindən sonra baş verib.
Rəsmi Kişinyov bəyan edib ki, onlar Rusiyanı Ukraynanın təhlükəsizliyinə risk kimi görürlər. Səfirliyin nümayəndəsinin ölkədən çıxarılması barədə Rusiya Federasiyasının Kişinyovdakı səfiri Oleq Vasnetsova məlumat verilib.
İdarədən bildirilib ki, ölkədən çıxarılma qərarı Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq qəbul edilib.
"Qonşu ölkəyə raket zərbələri təhlükəsizlik risklərini artırmağa davam edir və ölkə vətəndaşları müharibənin dağıdıcı təsirlərini getdikcə daha çox hiss edirlər", - deyə nazirlikdən bildirilib.
Kişinyov hökuməti vurğulayıb ki, Ukraynanın enerji infrastrukturuna hücumlar Moldovanın enerji təhlükəsizliyini təhdid edir.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi isə söz verib ki, “Rusiya buna müvafiq cavab verəcək”.
Elvira Murad, Bizim.Media