Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyənin müdafiə naziri Hulusi Akar ilə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Şoyqu və Akar Rusiya Federasiyası tərəfindən taxıl dəhlizi çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasını dayandırmasını müzakirə ediblər.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Ukraynanın taxıl dəhlizinin təhlükəsizliyini təmin edən Qara Dəniz Donanmasının gəmilərinə hücum etməsindən sonra Ukrayna ilə imzalanmış “Taxıl sazişi”ndə iştirakını dayandırdığını açıqlayıb. Saziş Türkiyənin vasitəçiliyi ilə imzalanıb.
Bizim.Media