Şahmat üzrə sabiq dünya çempionu Anatoli Karpov xəstəxanaya yerləşdirilib.
Bizim.Media "mk.ru"ya istinadən xəbər verir ki, 71 yaşlı veteran ağır zədə ilə reanimasiyaya çatdırılıb.
Onu Dövlət Dumasının yaxınlığında huşsuz şəkildə tapıblar. Ayağı qırılan və başından ağır zədələnən Karpov dərhal xəstəxanaya aparılıb. Müayinələr zamanı onda baş zədəsi, qanaxma və ayağında sınıq aşkarlanıb. Sabiq dünya çempionu içkili vəziyyətdə olub.
Bizim.Media