Soçidə Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Putin görüşdə deyib ki, Azərbaycanla Ermənistan arasındakı münaqişə onilliklərdir ki, davam edir:
“Nə vaxtsa bitirməliyik. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var. Və bunun üçün əsas məqamları üçtərəfli görüşdə tapmaq lazımdır. Əsas odur ki, sülh və inkişafı təmin edək. O cümlədən kommunikasiyaların açılması Ermənistan iqtisadiyyatı üçün də sərfəlidir. Ermənistan bizim strateji müttəfiqimizdir. Çox ümid edirəm ki, üçtərəfli görüş zamanı müəyyən razılaşmalar əldə olunacaq”.
Bizim.Media