ABŞ və Avropa İttifaqı (Aİ) rəsmiləri Çinə qarşı ixrac məhdudiyyətlərinin tətbiqi imkanlarını müzakirə edirlər.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Müttəfiqlər Moskvaya ixracı məhdudlaşdırmaqda əməkdaşlıq edir və Bayden administrasiyası Çinə ixraca dair ikitərəfli məhdudiyyətlərini gücləndirmək üçün eyni məlumat mübadiləsi və icra koordinasiyasının bəzi üsullarından istifadə etmək imkanlarını araşdırır"-deyə "Bloomberg" mənbəsinə istinadən xəbər verir.
Məlumatda o da qeyd olunur ki, artıq Aİ-nin bir sıra üzvləri Çinə qarşı birləşmə siyasətinə yenidən baxmağı təklif ediblər.
Qeyd edək ki, Aİ rəsmiləri bu məsələyə yenidən baxmağı, Çinin xarici işlər naziri Vanq Yi Pekinin Moskva ilə bütün səviyyələrdə əməkdaşlığı gücləndirməyə hazır olduğunu bəyan etməsindən sonra qətiləşdiriblər. Onu da xatırladaq ki, həmçinin bu yaxınlarda Çin sədri Si Tsinpin Rusiya və Çin xalqları arasında dostluğun möhkəmləndiyini bəyan edib.
Elvira Murad, Bizim.Media