11 milyon litr yanacaq daşıyan xarici tanker SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən Fars körfəzi sularında qaçırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı oktyabrın 31-də İRNA xəbər agentliyi yayıb.
Mənbə yazır ki, gəminin qaçırılması “bir aylıq ətraflı texniki və kəşfiyyat işlərinin” nəticəsidir və gəminin yükünün dəyəri 220 milyard tümən qiymətləndirilir.
“Müctəba Qəhrəmani” neft tankerinin kapitanı və ekipajının həbs edildiyi və tankerə yanacaq verən gəmilər barəsində də araşdırma aparıldığı bildirilib.
Hələlik gəminin hansı ölkəyə məxsus olması və təyinatı haqqında daha dəqiq məlumat yoxdur.
Bizim.Media