Cənubi Koreyanın ABŞ-la birgə təlimində 240 hərbi təyyarə iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Bildirilib ki, bu gün başlayan təlim həftə boyu davam edəcək. Məqsəd KXDR tərəfindən ehtimal olunan təhlükələrə qarşı hazırlıq görməkdir.
Təlimdə Koreya ordusunun 140, ABŞ-ın isə 100 təyyarəsi iştirak edəcək.
Bizim.Media