Putin ələ keçirilən Ukrayna ərazilərini saxlamaq üçün hər şeyi edəcək.
Bizim.Media xəbər verir ki, bu qənaətə ABŞ-ın Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri gəlib.
Onların fikrincə, Kremlin sahibi Qərbin Ukraynaya dəstəyini dayandırmaq üçün zəmin yaratmaq istəyir.
Həmçinin ekspertlər qeyd edirlər ki, Rusiya prezidentinin taktiki nüvə silahından istifadə etməklə eskalasiyaya qərar verəcəyi ehtimalı azdır:
“Lakin bu, Rusiya ordusunun dağılması halında mümkündür. Bu isə Ukrayna Silahlı Qüvvələrinə bütün cəbhə boyu irəliləmək imkanı yaradacaq”.
Bizim.Media