Rusiya Ukraynanın taxıl dəhlizinin təhlükəsizliyini təmin edən Qara Dəniz Donanmasının gəmilərinə hücum etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
Polyanski bildirib ki, Rusiya həmçinin BMT-nin baş katibi Antonio Quterreşə Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə imzalanmış “Taxıl sazişi”ndə iştirakının dayandırılması barədə rəsmi məlumat verib.
Bizim.Media