İran və Ukrayna XİN başçıları arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı Dmitro Kuleba özünün "Twitter" hesabında paylaşım edib.
"Bu gün İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian zəng etdi və mən İrandan Ukraynada mülki əhalinin öldürülməsi və infrastrukturun məhv edilməsi üçün istifadə edilən Rusiyaya silah axınını dərhal dayandırmasını tələb etdim", - deyə paylaşımda qeyd edilib.
Bizim.Media
