"Rusiya təhlükəsizliyin təmin edilməsində Ermənistanı həmişə dəstəkləyib".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında deyib.
"Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli həlli üçün əlindən gələni edir" - deyə ölkə lideri qeyd edib.
Onun sözlərinə görə, sülhə aparan yeganə yol üç ölkə liderinin birgə bəyanatlarına tərəflərin ciddi əməl etməsidir:
"Ermənistan-Azərbaycan münasibətləri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, kommunikasiyaların açılması, humanitar məsələlərin həlli ilə normallaşdırıla bilər".
Bizim.Media