ABŞ lideri Co Baydenin administrasiyası Rusiya prezidenti Vladimir Putinin Valday Diskussiya Klubunun iclasındakı çıxışını ciddi qəbul etməli və danışıqlara başlamalıdır.
Bizim.Media xəbər verir ki, bunu "Washington Post"un köşə yazarı David İqnatius özünün növbəti məqaləsində yazıb.
Müəllif məqalədə qeyd edib ki, Rusiya və ABŞ arasında daha böyük diplomatik səylərə ehtiyac açıq şəkildə görünür.
İqnatiusun sözlərinə görə, Bayden ABŞ-ın “Rusiyanın məhvinə can atmadığını və birbaşa hərbi münaqişədən qaçmaq istədiyini” göstərməlidir.
Qeyd edək ki, daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Vladimir Putinin Valday Diskussiya Klubunun iclasındakı çıxışı 22 il ərzində prezidentlərin ilk on çıxışı sırasına daxil olacaq və bu, çıxışın sədası hələ bir müddət Qərb dairələrində əsas müzakirə mövzusu olacaq.
Elvira Murad, Bizim.Media