“Ukrayna problemini Vaşinqtonda bu siyasəti təbliğ edənlər “çox asanlıqla” həll edə bilər”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya lideri “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.
“Bu problemi həll etmək, Kiyevə müvafiq siqnal vermək çox asandır ki, onlar öz mövqelərini dəyişib bu problemləri sülh yolu ilə həll etməyə çalışsınlar” - deyə, o bildirib.
Putin Ukraynadakı vəziyyəti və hadisələri indiki vəziyyətə gətirənin Rusiya deyil, Qərb olduğunu bildirib:
“Qərb dövlətləri müxtəlif çevrilişlər təşkil edir və həyata keçirir. Onlardan biri 2014-cü ildə Ukraynada faciəvi nəticələrə gətirib çıxarıb”.
Bizim.Media