Qazaxıstanın Türküstan şəhərində Türk Dünyası Mərkəzi tikiləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı Türküstan vilayətinin başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, Türk Dünyası Mərkəzinin binasının memarlıq-bədii görkəminin hazırlanması üzrə açıq müsabiqə keçirilib, qazax memarlar müsabiqədə iştirak etmək üçün 17 layihə təqdim ediblər.
Region başçısı Darxan Satıbaldı memar və heykəltəraşların xüsusi sərgidə nümayiş etdirilən əsərləri ilə tanış olub.
“Türküstanın hər bir obyekti tələblərə cavab verməlidir. Türk Dünyası Mərkəzinin binası adına uyğun olmalıdır, tikintidə ən son texnologiyalardan istifadə edilməlidir”, - deyə Satıbaldı qeyd edib
Bizim.Media