Oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Ulf Kristerssonla telefon danışığında ikitərəfli münasibətləri və Skandinaviya ölkəsinin NATO-ya daxil olması məsələlərini müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası danışıqların yekunlarına dair məlumat yayıb.
"Prezident Ərdoğan yeni Baş nazir Kristerssonu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib. O, Baş nazirin noyabrın 19-da Türkiyəyə səfər etmək arzusundan məmnunluğunu ifadə edib. Prezident Baş naziri İsveç hökuməti ilə əlaqələrin hərtərəfli inkişafına çağırıb", - deyə məlumatda bildirilib.
Bizim.Media