Rusiya və Ukrayna arasında müharibə başlayandan dünyanın nüfuzlu brend və mağazaları tədricən şimal qonşumuzdakı bizneslərini ya satır, ya da başqa şirkətllərə ötürürlər.
Bizim.Media xarci KİV-ə istinadən xəbər verir ki, bir müddətdir danışıqlar aparan “Inditex Group” rəsmiləri də Rusiyadakı mağazalarını satmaqla bağlı ilkin razılıq əldə edib.
Sövdələşmə baş tutsa, sözügedən holdinqə daxil olan “Zara”, “Pull&Bear”, “Bershka”, “Stradivarius”, “Massimo Dutti” mağazaları "əl dəyişəcək". Yəni, mağazaları işlədənlər Rusiya vətəndaşları olacaq.
Bununla da əhəmiyyətli dərəcədə iş yerlərini saxlamaq mümkün olacaq.
Sövdələşmənin bağlanması həm də “Inditex Group”un Rusiyadakı fəaliyyətinin dayandırılması demək anlamına gələcək.
Elvira Murad, Bizim.Media