"Marqarita Simonyan və əri Tiqran Keosayan, eləcə də müxtəlif ölkələrdəki agentlərin, erməni soyadı ilə yaşayan manqurtların Ermənistana hörmətsizlik edəcəklərini istisna etmirəm”.
Bizim.Media “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsi üçün arzuedilməz şəxs elan olunanlarla bağlı açıqlamasında deyib.
O, Marqarita Simonyanın Ermənistana girişinin qadağan olunmasından xəbərsiz olduğunu desə də, ölkəsinin ərazi bütövlüyündən və təhlükəsizliyindən bəhs edib.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı, komitə sədrinin müavini Konstantin Zatulin və Marqarita Simonyan Ermənistan üçün persona-non-qrata elan olunub.
Bizim.Media