Türkiyə yeni kamikadze pilotsuz uçan aparatı “Deli”ni təqdim edib.
Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, “Titra Teknologiya” tərəfindən hazırlanan “Deli” ilk dəfə SAHA İstanbul tərəfindən təşkil edilən “SAHA EXPO” sərgisində nümayiş olunub.
Bildirilib ki, “Deli” 15 dəqiqəyə hazır ola bilər. Qurğunun maksimal sürəti saatda 180 kilometr, uçuş hündürlüyü isə 3500 metrdir. Pilotsuz təyyarə 3,1 kiloqram ağırlığında döyüş başlığı daşıyır.
Bizim.Media