“Rusiya gərginliyin daha da artmaması üçün saxta bəhanələrdən çəkinməlidir”.
Bizim.Media xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
O, bildirib ki, Rusiya Ukraynanı öz ərazisində radioloji “çirkli bomba” istifadə etməsi barədə iddia ilə üz-üzə qoyub.
“NATO müttəfiqləri bu açıq-aşkar yalan iddianı rədd edir. Rusiya tez-tez başqalarını özünün etdiyi əməllərdə ittiham edir. Biz bu nümunələri Suriyada, Ukraynada görmüşük”,- deyə Stoltenberq qeyd edib.
Bizim.Media