Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya səfər edib.
Bizim.Media ZDF nəşrinə istinadən xəbər verir ki, bu, onun Rusiyanın “xüsusi əməliyyatı”ndan bəri ilk səfəridir.
Qeyd olunur ki, dövlət başçısı Kiyevə qatarla gəlib.
Gün ərzində Ştaynmayer Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Zelenski bu səfərin anonsunu oktyabrın 20-də açıqlayıb.
Bizim.Media