Rişi Sunak Britaniyanın yeni Baş naziri seçilib.
Bizim.Media "New York Times"a istinadən xəbər verir ki, liderlik yarışında onun rəqibi Peni Mordont geri çəkilib. Beləliklə Rişi Sunak Baş nazir postuna yeganə namizəd olub.
O, Boris Consonun hakimiyyəti zamanı maliyyə naziri vəzifəsini icra edib.
Qeyd edək ki, Rişi Sunak hindistan əsillidir. Onun ailəsi 1960-cı illərdə Britaniyaya köçüb.
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Liz Trass oktyabrın 20-də istefa verdiyini bildirib. O, hökumətə 45 gün rəhbərlik edib ki, bu da Birləşmiş Krallıq tarixində ən qısa müddətdir.
Bizim.Media