Paris Moda Həftəsində podyuma çıxan Hollivud ulduzu Demi Mur görünüşü ilə hər kəsin təəccübünə səbəb olub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bütün diqqətlər aktrisanın əynindəki paltarda yox, onun qəribə üz ifadəsində olub.
Almacıq sümüklərinin həddindən artıq qabarıq olması, dodaqlarındakı dolğuya insanlar reaksiya verib. Aktrisanın sosial şəbəkədəki izləyiciləri "Üzünə nə olub?", "Əvvəlki Demini qaytarın", "Cərrahı işdən qovmaq lazımdır", "Dəhşətdir, öz yaşında görünmək daha yaxşıdır" kimi şərhlər yazıblar.
Bizim.Media