“Polislər onlarla bərabər gülüb”x9d.
İsveçdə Bearded Villians saqqallılar klubunun görüşünə onları terrorçularla səhv salan polislər soxulub, RİA “Novosti”x9d məlumat yayıb.
Oxu.Az xəbər verir ki, bu, məhz 30 saqqallının klubun qara bayrağı ilə şəkil çəkdirmək üçün düzüldüyü zaman baş verib.
Polisi təsadüfi yoldan keçənlər çağırıb, onlar saqqallıların toplanışını “İslam dövləti”x9d (İŞİD) terrorçularının yığıncağı ilə səhv salıblar.
Klubun üzvü Andreas Fransson saqqallıların ayda bir dəfə ünsiyyət qurmaq üçün yığışdıqlarını bildirib. Növbəti görüş 2015-ci ilin oktyabr ayının 10-da baş verib. Görüşə xüsusi təntənəni Beynəlxalq klubun ölkədən-ölkəyə ötürülən bayrağının bu dəfə İsveçdə olması qatıb.
Saqqallılar fotosessiya üçün Vettern gölü sahilində, qala xarabalıqlarını seçiblər.
Saqqallı “terroristlərin”x9d tutulması üçün bura polis çağırılmışdı.
“Polislər onlar burada terrorist əvəzinə bir qrup saqqallı şən adamları gördükdə bizimlə bərabər güldülər”x9d, - Fransson danışıb.