YAP rusiyalı deputata etiraz etdi

Yeni Azərbaycan Partiyası (YAP) Rusiya Dövlət Dumasının üzvü Vitaliy Milonovun Azərbaycana qarşı qərəzli çıxışları ilə əlaqədar “Vahid Rusiya” (Единая Россия) partiyasına etiraz məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı deputat azərbaycanlıları təhqir etdi – Şevçenkodan VİDEO FAKT


“Bu günlərdə Rusiya Federasiyasının Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan üzvü Vitaliy Milonov bir sıra erməni və Rusiya mediasına müsahibəsi zamanı Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr səsləndirərək, açıq-aşkar qərəzli mövqe və nifrət sərgilənib.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi dövründə də V.Milonovun Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuş, onun adı haqlı olaraq Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına daxil edilmişdir.

Görünən odur ki, V.Milonov özünün səhvlərindən nəticə çıxarmayaraq, Dumanın hakim partiyadan olan digər üzvü K.Zatulinin Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyini daha aqressiv şəkildə davam etdirməkdədir.”

YAP-ın “Vahid Rusiya” Partiyasına etiraz məktubunda daha sonra bildirilir:

“Yeni Azərbaycan Partiyası Dövlət Dumasının üzvü V.Milonovun ölkəmizə qarşı təxribatçı davranışını və təhqiramiz çıxışlarını qətiyyətlə pisləyir və qeyd etməyi lazım bilir ki, bu cür hallar Azərbaycanla Rusiya arasındakı dostluq münasibətlərinin ruhuna tamamilə ziddir. Şübhə yoxdur ki, onun hərəkətləri Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında əldə olunmuş, regionda sülhə və inkişafa yeni imkanlar açan razılaşmalara kölgə salmaq məqsədi daşıyır.

Dövlət Dumasında hakim “Vahid Rusiya” Partiyasını təmsil edən V.Milonovun və K.Zatulinin Azərbaycana qarşı gizlədilməyən qeyri-dost münasibəti bizdə təəssüf doğurur.

Onların məsuliyyətsiz bəyanatları ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edən partiyalarımızın xoş münasibətləri ilə bir araya sığmır.

Ümid edirik ki, “Vahid Rusiya” Partiyası və onun parlament fraksiyası partiyanın Rusiya Federasiyasının Dövlət Dumasındakı təmsilçilərinin gələcəkdə Azərbaycan Respublikasına qarşı bu cür düşünülməmiş və qərəzli bəyanatlar səsləndirməməsi üçün müvafiq tədbirlər görəcəkdir.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kanaldan meyiti tapılan qadının adı MƏLUM OLDU

Kanaldan meyiti tapılan qadının adı MƏLUM OLDU

Yəmən sahillərində neft tankeri ƏLƏ KEÇİRİLDİ

Yəmən sahillərində neft tankeri ƏLƏ KEÇİRİLDİ

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

Əfsanəni mağazada tanınmaz halda gördülər - FOTO

Əfsanəni mağazada tanınmaz halda gördülər - FOTO

Putin gömrükçülərə PUA-ları MƏHV ETMƏK səlahiyyəti verdi

Putin gömrükçülərə PUA-ları MƏHV ETMƏK səlahiyyəti verdi

İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 3-də...

Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 3-də...

Süni intellekt “Oskar”sız qalacaq...

Süni intellekt “Oskar”sız qalacaq...

Culfada kanaldan qadın meyiti tapıldı

Culfada kanaldan qadın meyiti tapıldı

Slovakiyanın səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur - FOTO

Slovakiyanın səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur - FOTO

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

ATU-ya yeni prorektor təyin edildi

ATU-ya yeni prorektor təyin edildi

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

End of content

No more pages to load

RADİO