FHN və AMEA birgə seminar keçirib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Yanğından mühafizə üsulları və onun həyata keçirilməsində müəssisə və təşkilatların üzərinə düşən vəzifələr”x9d mövzusunda seminar-məşğələ keçirilib.

Moderator.az-ın xəbərinə görə, tədbir AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki  Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi, FHN-nin Akademiyası və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə AMEA-nın elmi-müəssisə və təşkilatlarının ümumi işlər üzrə direktor müavinləri, MM qərargah rəisləri, yanğınsöndürmə dəstələrinin komandirləri iştirak ediblər.

Seminar-məşğələni giriş sözü ilə açan II Xüsusi şöbənin rəisi Eldar Quliyev AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəislərinin baş verə biləcək fövqəladə hallarla bağlı mütəmadi məlumatlandırıldığını və bu istiqamətdə mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Tədbirin keçirilməsinin əhəmiyyətindən danışan şöbə rəisi bildirib ki, əsas məqsəd əməkdaşları maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza   hadisələri zamanı düzgün təxliyyə olunmasının öyrədilməsidir.

Sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki  Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev çıxış edərək “Yanğın təhlükəsizliyi haqqında”x9d Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsi barədə məlumat verib. Bildirilib ki, hər bir müəssisədə yanğın təhlükəsizliyiynin təmin olunması məqsədi ilə müvafiq standartlara, tikinti norma və qaydalarına, texnoloji layihələşdirmə normalarına, həmçinin müəyyən edilmiş qaydada tətbiq edilmiş digər normativ sənədlərin tələblərinə ciddi riayət olunmalıdır. İnzibati binalarda, onun mərtəbələrində olan insanları yanğın hadisəsi haqqında məlumatlandırmaq üçün xəbərverici qurğuların quraşdırılmasının zəruriliyi qeyd edilib.

Seminarda çıxış edən Azərbaycan Respublikası FHN-nin Akademiyasının Yanğın təhlükəsizliyi ixtisası kafedrasının rəisi, daxili xidmət polkovnik-leytenantı Kazım Kazımov, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Təbliğat şöbəsinin rəisi, polkovnik Hikmət Cəfərov və həmin şöbənin baş mütəxəssisi Nizami Fərəcov fövqəladə hallar zamanı davranış qaydalarının öyrənilməsi və praktiki məşğələlər zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunması baxımından bu cür tədbirlərin keçirilməsinin önəmliyini vurğulayıblar.

Tədbirdə iştirakçılara fövqəladə hallar barədə ətraflı məlumatlar verilib, mövsüm üçün xarakterik olan fövqəladə hadisələrdən bəhs edilərək, həmin hadisələr zamanı düzgün davranış qaydaları açıqlanıb.

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Dəməşqdə Türkiyə, Ukrayna və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib

Dəməşqdə Türkiyə, Ukrayna və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib

Sabahkı hava onlarda narahatçılıq yaradacaq

Sabahkı hava onlarda narahatçılıq yaradacaq

Keşlədə kollektorda qəzaya səbəb olan ev sökülür - VİDEO

Keşlədə kollektorda qəzaya səbəb olan ev sökülür - VİDEO

Lavrov Əraqçiyə ZƏNG ETDİ

Lavrov Əraqçiyə ZƏNG ETDİ

Yevlaxda 16 yaşlı gənci “tok” vurdu

Yevlaxda 16 yaşlı gənci “tok” vurdu

Dağıstanda daşqınlar: Yaşayış binası uçdu

Dağıstanda daşqınlar: Yaşayış binası uçdu

"Neftçi" "Sumqayıt"ı məğlub etdi - FOTO/VİDEO

"Neftçi" "Sumqayıt"ı məğlub etdi - FOTO/VİDEO

FHN əhaliyə müraciət etdi

FHN əhaliyə müraciət etdi

Hakan Fidan Suriyada əş-Şaraa və Zelenski ilə görüşdü

Hakan Fidan Suriyada əş-Şaraa və Zelenski ilə görüşdü

Tramp etiraf etdi: “İrandakı müxaliflərə silah göndərdik, amma kürdlər özlərinə götürdü”

Tramp etiraf etdi: “İrandakı müxaliflərə silah göndərdik, amma kürdlər özlərinə götürdü”

Ukrayna bu əraziləri AZAD ETDİ

Ukrayna bu əraziləri AZAD ETDİ

Əfqan Sadıqov Azərbaycana deportasiya edildi

Əfqan Sadıqov Azərbaycana deportasiya edildi

End of content

No more pages to load

RADİO