Azərbaycanda birinci kurs tələbəsi dəm qazından zəhərlənmə nəticəsində dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, dünyasını dəyişən şəxs Azərbaycan Texnologiya Universitetinin tələbəsi Səbirə Əhmədovadır.
O, sözügedən universitetdə mühasibat uçotu ixtisası üzrə təhsil alırdı.
Qeyd edək ki, vəfat edən tələbə Qazax rayonunun Daşsalahlı kəndindən idi.
Bizim.Media