"Bunu şərəfsizlik və şeytana qulluq etmək hesab edirəm"

Moderator.az tanınmış hüquqşunas Aslan İsmayılovun son statusunu təqdim edir:

"Sabunçu Rayonu İcra Hakimiyyəti Başçısı Adil Vəliyeviın avtomobil kolleksiyası adlı video paylaşdım (video şərhdə). 6 saat ərzində 200 mindən artıq istifadəçi yazını gördü, 70 mindən artıq videoya baxıldı, 1500-dən artıq paylaşım oldu, 2000-dən artıq insan bəyəndi, 300-dən artıq insan şərh yazdı, 30-dan artıq xəbər saytı isə videonu ictimailəşdirdi. Bu çox ciddi göstəricidir və məsələnin insanlar üçün nə qədər aktual olduğunu göstərir. Əksəriyyət, konkret bir rayon başçısı və bir rayonun nümunəsində YERLƏRDƏ BAŞ VERƏN QANUNSUZLUQLARI DİQQƏTƏ ÇATDIRMAQ İSTƏYİMİ gözəl başa düşdü və dəstəklədi. Bir çoxları isə hərəkətimin şəxsi maraqlar güddüyünü düşündü, məni “başqasının pulunu saymaqda”x9d, “insanların özəl həyatına müdaxilə etməkdə”x9d suçladılar və hətta ən ağır ifadələrlə təhqir də etdilər. “El üçün ağlayanın gözü kor olar”x9d deyimini yaxşı bilsəm də yenə bəzi fikirlərimi Sizinlə bölüşmək qərarına gəldim.
Bəzi qaraguruh fikirli insanlardan fərqli olaraq mən həmişə hamının kasıb yox, varlı olmasını arzulamışam və arzulayıram. İmkansız, zəif, haqqını bilməyənlərin bir tikə çörək pulları hesabına var dövlət toplayanları görüb onları ifşa etməyi isə hər bir şərəfli, vicdanlı insanın borcu sayıram. Belə halları görüb, bunun haqsızlıq olduğunu anlayıb susmağı, bəzən bu sərvət sahiblərindən bir pay almaq üçün onları müdafiə etməyi isə şərəfsizlik və şeytana qulluq etmək hesab edirəm.
Bu tip məsələlərin üstünə israrla getməyim hansısa marağımdan, yaxud bəzilərinin şərhlərdə qeyd etdiyi kimi bekarçılıqdan irəli gəlmir. Sadəcə bu özbaşnalıqları araşdırmalı olan hüquq mühafizə orqanları sanki, qanunların yox, məmurların xidmətindədirlər. Belə olmasa qanun pozuntuları ilə bağlı müraciətlərimin nəticəsini görərdim. Bu orqanlar isə nəinki tədbir görmürlər, cavab verməyi belə özlərinə rəva bilmirlər. Əvəzində dərhal şikayətini etdiyim şəxs barədə cəzalanası məmura məruzə etməyi özlərinə vəzifə borcu sayırlar. Belə olan halda, qanun icra olunmadıqda isə mən gücüm çatanı edirəm və bundan sonra da edəcəm.
Atdığım addımın məsuliyyətini və təhlükəsini dərk edirəm və hər dəqiqə cavab verməyə hazıram. Bu addımımın düzgün olduğunu, hərəkətimin xoş niyyət güddüyünü yuxarıda sadaladığım vətəndaş mövqeyi olan insanların münasibətini əks etdirən statistika da təsdiq edir. Bu yoldan çəkinmək fikrim yoxdur və həmfikirlərimdən də bu istiqamətdə fəaliyyət göstərmələrini və bu yolda çalışanları dəstəkləməyə səsləyirəm. Bu tək mənim özfəaliyyətim deyil, həm də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dəfələrlə təkrarladığı “Vətəndaşlardan xahiş edirəm, özbaşnalıqları elan edin, ictimai qınaq göstərin”x9d fikrinə dəstəkdir. Azərbaycan bizim Vətənimizdir və burada qayda qanun yaratmaq xaricilərin yox, Bizim vəzifəmizdir.
Avtomobil kolleksiyasına gəldikdə isə əminəm ki, Adil Vəliyevin kolleksiyasından da daha böyükləri var. Küçələrdə tıxac yaradan, rayondan Bakıya zülmlə ərsəyə gətirdiyi meyvə, tərəvəz məhsullarını satmağa gətirən kəndçilər yox, məhz bu məmur - avtomobil kolleksionerləridir. Biz isə həmin kəndçilərə, bizi qida məhsulları ilə təmin edən, halal zəhməti ilə dolananlara təşəkkür etmək əvəzinə, onları heç Bakıya da buraxmırıq.
Yeri gəlmişkən, rayon maşınlarının Bakıya girişinin qadağan olunmasının qanunsuz, Vətəndaşlarımıza qarşı həqarət olmasından başqa tərəfi də var. Bir balaca ağlı olan iqtisadçı üçün aydındır ki, bu addım onsuz da can üstündə olan kənd təsərrüfatının, ondan ailəsini dolandıran kəndlinin məhvi deməkdir. Bu biabırçılıq bir az da davam etsə özündə ölkənin 95 faiz iqtisadiyyatını, 50 faiz əhalisini cəmləşdirən Bakıda onsuz da od qiymətinə olan kənd təsərrüfatı mallarının qiymətinin yenidən qalxması labüddür."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

End of content

No more pages to load

RADİO