Qidalar əhval-ruhiyyəyə bir başa təsir edir. Yuxusuzluq, depressiya, stres kimi problemlərə səbəb olan və beyin funksiyalarına təsir edən qidaları sizin üçün araşdırdıq.
Bizim.Media son günlərdə daha çox ehtiyacımız olan xoşbəxtlik hormonlarını artıran qidaları diqqətinizə çatdırır.
Mütəxəssislər əhvalımıza yaxşı təsir edən qidaları belə sıralayır:
Alma: Tərkibində yağ faizi çox az olub, karbohidratlar, C, E vitaminləri və magnezium mineralları ilə zəngindir. 1 ədə alma təxminən 50 kalori deməkdir. Antioksidan tərkibi sayəsində beyin hüceyrələrinə müsbət təsir edir.
Pərpərən bitkisi: Onun tərkibində olan dəmir, kalsium və C vitamininin miqdarı ispanaq, süd və portağalın tərkibi ilə müqayisə edilir. Tərkibində omega 3 yağlarının olması da onun əsas xüsusiyyətlərinəndir. Depressiyaya yaxşı təsir edir.
Yaşıl çay: Tərkibində fitokimyəvi maddələr olan yaşıl çayın motivasiya və konsentrasiyanı artıran xüsusiyyəti var.
Bizim.Media