Təhsil sistemində "analoqu" olmayan daha bir hadisə

Son vaxtlar ibtidai və orta məktəb dərsliklərində, xüsusilə "Azərbaycan dili" dərsliyində istifadə edilən mətnlər ictimaiyyətdə geniş müzakirə olunaraq qınaq obyektinə çevrilib. Xüsusilə dərsliklərdə vulqar sözlərin, sərt söyüşlərin işlədilməsi insanları narazı salıb.

Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, həmin mətnlərin bəziləri dərsliklərdən çıxarılıb. 

"Bəzi mətnlər hazırda istifadədə olan dərsliklərdə yoxdur. Məsələn: "Söz yarası", ana ilə uşağın dialoqu və s. X sinif "Azərbaycan dili" dərsliyində İsmayıl Şıxlıdan gətirilən nümunə tədris planında nəzərdə tutulan ümumişlək olmayan sözlər mövzusu ilə bağlı dərsliyə salınıb", - deyə nazirliyin mətbuat xidmətindən bildirilib. 


2-ci sinif dərsliyindən "Söz yarası"

Həmçinin qeyd edilib ki, ümumtəhsil məktəbləri üçün dərslikləri mövcud qanunvericiliyə uyğun olaraq tender (müsabiqə) yolu ilə nəşriyyatlar hazırlayır. Müəllifləri alim, metodist və müəllimlər içərisindən nəşriyyat özü seçir.

Hazırlanmış dərsliklərin maketləri Təhsil Nazirliyində yaradılmış tender komissiyasına təqdim olunur. Orada müəlliflərin adları göstərilmir. Maketlər şifrələnir və Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ), müvafiq ali təhsil müəssisələri və TQDK tərəfindən qiymətləndirilir. Keçid balını toplamış maketlər müstəqil qurum olan DQŞ-nin qərarı ilə qəbul olunur. Nazirlik yekun qiymətləndirmə əsasında dərsliyin maketlərini təsdiqləyir.



Pedaqoji elmlər doktoru, professor, təhsil üzrə ekspert Əjdər Ağayev "Azərbacan dili" dərsliyində, xüsusilə yuxarı sinif dərsliklərində həm normal, həm də jarqon danışıq dili öyrədilməsi üçün bu cür tapşırıqların verildiyini deyib.

"Həmin dərsliklərdəki tapşırıqda şagirdlər kobud - jarqon və normal sözləri tapmalıdırlar. Bundan sonra müəllim izahat aparmalıdır və ədəbi dilin normaları haqqında məlumat verməlidir. Amma dərsliklərimizdə bu məsələ kobud şəkildə qoyulub. Çox sərt jarqon və söyüşlər işlədilib", - deyən ekspert həmin sözlərin istifadə edilməsini yolverilməz hesab edib. 


8-ci sinif dərsliyində İsmayıl Şıxlının əsərindən mətn


"10-cu sinif "Azərbaycan dili" dərsliyində kobud sözlərin ən sərt olanları göstərilib. Halbuki dərsliklərdə kobud sözlər də seçilərkən onların daha adi, daha az sərt olanları verilməlidir. Çünki elə uşaqlar var ki, heç orada istifadə edilən sözləri eşitməyib. Bir sözlə, tapşırıq veriləndə elə əsər seçilməlidir ki, orada münasib kobud sözlər istifadə edilsin", - deyə Əjdər Ağayev fikrini izah edib.

Lakin belə hallarda təkcə müəllifi qınamaq düzgün deyil. Burada məsuliyyət həm də redaktorların üzərinə düşür. Çünki yazılan dərslikləri müvafiq qurumlar qiymətləndirir, onun nəşrinə və məktəblərdə istifadə edilməsinə icazə verir.

"Burada redaktorların da günahı çoxdur. Onlar kitabı diqqətlə oxumalıdırlar. Hətta bəzən elə olub ki, redaktorun kitabda adı yazılıb, yalnız kitab nəşr ediləndən sonra onun bu haqda xəbəri olub. Digər tərəfdən isə dərsliklər ortada qalıb. Nəşriyyatlar tenderdə udur, müəllif tapır və onu nəşr edir. Bu zaman tapılan müəlliflər içərisində savadlıları olduğu kimi, bu məsələlərdən xəbərsiz olanlar da var", - deyən ekspert bu problemin həlli yollarından da danışıb.


Əjdər Ağayev - Pedaqoji elmlər doktoru, professor, təhsil üzrə ekspert

Əjdər Ağayevin sözlərinə görə, dili bilmək kifayət deyil, onun metodikasını, uşaqlara təqdim etmə yollarını ”“ pedaqogikanı bilmək lazımdır. "Odur ki, dərsliyin müəllifi dilçidirsə, ondan savayı bir metodist, bir psixoloq və bir pedaqoq da olmalıdır".

Pedaqoq həmçinin qeyd edib ki, dərsliklərə qiymət verən DQŞ bu işə peşəkarlıqla və məsuliyyətlə yanaşmalıdır. Eyni zamanda Təhsil Nazirliyi dərslik yazmaq üçün səlahiyyəti öz əlinə almalıdır.


8-ci sinif "Azərbaycan dili" dərsliyindən

Şagirdlərin və valideynlərin düşdüyü bu vəziyyətdən çıxış yolu dərsliklərin yazılma texnologiyasının dəyişdirilməsidir. Dərsliklərin müsabiqə yolu ilə hazırlanmsı daha məqsədə uyğundur. Müsabiqədə müəllim, valideyn, mütəxəssis rəyləri olmalı, DQŞ isə dərs vəsaitini obyektiv və məsuliyyətlə qiymətləndirməlidir. Sonda həmin dərslik sınaq üçün buraxılmalı və bir ildən sonra ehtiyac olarsa, təkmilləşdirilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elektrik enerjisi ilə bağlı YENİ MODEL – Pulsuz əldə etmək mümkün olacaq

Elektrik enerjisi ilə bağlı YENİ MODEL – Pulsuz əldə etmək mümkün olacaq

Bu ölkədə 50 min nəfər Yeni ili qatarda QARŞILAYACAQ

Bu ölkədə 50 min nəfər Yeni ili qatarda QARŞILAYACAQ

Yeni ilin ilk gününün HAVA PROQNOZU

Yeni ilin ilk gününün HAVA PROQNOZU

Bayram günləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ – VİDEO

Bayram günləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ – VİDEO

Pərəstişkarları üçün 3 qayda qoydu

Pərəstişkarları üçün 3 qayda qoydu

Merts: “2026-cı il Avropa üçün həlledici ola bilər”

Merts: “2026-cı il Avropa üçün həlledici ola bilər”

“Qarabağ” Elvinlə bağlı QƏRAR VERDİ

“Qarabağ” Elvinlə bağlı QƏRAR VERDİ

Bakıdan Lerikə gedən mikroavtobus QƏZAYA DÜŞDÜ – Yaralananlar var

Bakıdan Lerikə gedən mikroavtobus QƏZAYA DÜŞDÜ – Yaralananlar var

"Azadlığımı, rahatlığımı əlimdən alıb"

"Azadlığımı, rahatlığımı əlimdən alıb"

Bakıda güclü küləyin törətdiyi FƏSADLAR – FOTO

Bakıda güclü küləyin törətdiyi FƏSADLAR – FOTO

Antarktidada itən robot 9 ay sonra qorxulu məlumatlarla geri döndü

Antarktidada itən robot 9 ay sonra qorxulu məlumatlarla geri döndü

Spirtli içkiləri qarışdıranlara XƏBƏRDARLIQ

Spirtli içkiləri qarışdıranlara XƏBƏRDARLIQ

Paytaxt sakinlərinin 2025-ci il təəssüratları və 2026-cı ildən GÖZLƏNTİLƏRİ – VİDEO

Paytaxt sakinlərinin 2025-ci il təəssüratları və 2026-cı ildən GÖZLƏNTİLƏRİ – VİDEO

“Arsenal”dan inamlı qələbə - VİDEO

“Arsenal”dan inamlı qələbə - VİDEO

"Yolka"nı evin bu yerlərinə qoymusunuzsa, DƏRHAL GÖTÜRÜN

"Yolka"nı evin bu yerlərinə qoymusunuzsa, DƏRHAL GÖTÜRÜN

Güclü külək nə vaxtadək DAVAM EDƏCƏK? – FOTO

Güclü külək nə vaxtadək DAVAM EDƏCƏK? – FOTO

Banka borcu olanların NƏZƏRİNƏ: Bu halda kredit müddəti uzadılacaq

Banka borcu olanların NƏZƏRİNƏ: Bu halda kredit müddəti uzadılacaq

Rusiyadan Odessaya GECƏ HÜCUMU – Şəhər alovlar içində - VİDEO

Rusiyadan Odessaya GECƏ HÜCUMU – Şəhər alovlar içində - VİDEO

Almaniya müharibəyə HAZIRLAŞIR – Beşmərhələli gizli planın SENSASİON DETALLARI

Almaniya müharibəyə HAZIRLAŞIR – Beşmərhələli gizli planın SENSASİON DETALLARI

Peruda dəhşətli qatar QƏZASI – Ölən və yaralananlar var – VİDEO

Peruda dəhşətli qatar QƏZASI – Ölən və yaralananlar var – VİDEO

Bakıda güclü külək ağacı elektrik xəttinin üzərinə aşırdı – FOTO/VİDEO

Bakıda güclü külək ağacı elektrik xəttinin üzərinə aşırdı – FOTO/VİDEO

Ən çox qəza törədən BÜRCLƏR – İLK BEŞLİK

Ən çox qəza törədən BÜRCLƏR – İLK BEŞLİK

Bayram günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Bayram günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

ABŞ Ukraynanın Putinin iqamətgahına hücumu ilə bağlı İDDİALARI ARAŞDIRACAQ

ABŞ Ukraynanın Putinin iqamətgahına hücumu ilə bağlı İDDİALARI ARAŞDIRACAQ

End of content

No more pages to load

RADİO