“Üç “dostum” var ki, xoşbəxtliklərini məni satmağın üzərində qurublar” – Cümşüd Nuriyev

Bu gün tanınmış politoloq Cümşüd Nuriyevin doğum günüdür. Hər zaman öz orjinal yanaşmaları, maraqlı fikirləri ilə seçilən Cümşüd müəllim 30 ildən artıqdır ki, ictimai-siyasi proseslərin içindədir.

Ona görə də onunla söhbətin oxucularımız üçün də maraqlı olduğunu düşündük:  

- Əvvəla, təbrik edirik, doğum gününüz mübarək!

- Həm müsahibə, həm də təbrik üçün çox sağ olun. Çox sevindim. Kimlərinsə yadında qalmaq ruha rahatlıq gətirir. 

- Cümşüd müəllim, 35 ildir ki, siyasətdəsiniz. Siyasət Sizə nəyi qazandırıb, nələri itirmisiniz? 

- Siyasət mənə özünəinam, özünəgüvən qazandırıb. Ən əsası da cəmiyyətdə tanınmağımı qazandırıb. Bunlar müsbət tərəfidir. Təəssüf ki, itirdiklərim də var. Məsələn güvənsizlik məni çox narahat edir. Olur ki, hansısa məsələ ilə bağlı proqnozlarımı çox təəssüf ki, başqa cür və öz xeyirlərinə uyğun şəkildə yuxarılara çatdıranlar olub.

Bu da mənə ciddi ziyanlar vurub. Yəni uzun müddət işsiz qalmağıma səbəb olub. Bu da məndə adamlara olan inamı zədələyib. Özümə dost bildiklərimin beləcə yarısını itirmişəm. Bunları dilə gətirmək mənə çox çətindir.
Bəzi “dost”larım öz xoşbəxtliklərini mənim üzərimdə qurub. Üstəlik, onlar məni əcinnə, dövlətə xəyanət edən adam kimi təqdim ediblər. Amma onları da qınamıram. Onların da ailəsi var. Onlar da dolanmağın bu yolunu seçiblər. Təəssüf ki, siyasətə biznes kimi baxanlar daha çoxdur. Halbuki, siyasət daha çox dövlətə, millətə və cəmiyyətə xeyir verməlidir. 

- Küsülü olduğunuz siyasətçilər varmı? Varsa kimdi onlar?

- Var. Heç zaman siyasətlərini qəbul etmədiyim, mübahisə etdiyim adamlar var. Amma bu gün kiminsə adını çıkmək istəmirəm. Bircə onu deyə bilərəm ki, mənim həyatımı qaraldan adamlar var. Mən də onlarla küsülüyəm.

Mən heç zaman dövlətimə müxalif olmamışam. Amma mənimlə şirin-şirin söhbət eləyib, sonra da onu korrektə eləyib aparıb kimlərəsə təqdim eliyənlər olub. Və bu da mən çox baha və ağır başa gəlib. Onların sayı 3-dür. Vaxtilə dost olub, çörək kəsmişəm. Onların 2-si ilə danışmıram. Əslində bunu bir qəhrəmanlıq da saymıram.
Özüm də utanıram. Amma onlarla ünsiyyətdən hələ də qorxuram. Qorxuram ki, yeni bir şərəfsizliyə imza atarlar. Sadəcə onları Allaha tapşırıram. Allah öz bildiyi kimi onları islah eləsin. Nə isə...

- Bütün müraciətlərə maraqlı yanaşmanız olur. Sizin üçün qadağan olunmuş movzular varmı?

- Əlbəttə ki, var. Mənim özümün qadağan elədiyim mövzular da var, milli maraqlar üçün qadağan elədiyim mövzular da var. Özüm üçün qadağan elədiyim mövzular əsasən kimlərinsə ailəsi ilə bağlı danışmaqdır.

Kiminsə həyatına müdaxilə etmək mənim üçün “qırmızı xəttdir”. Bir sözlə qadağaları özümə özüm qoymuşam. Bunu mənə kimsə deməyib və deyə də bilməz. Mən hər zaman fikrimi sərbəst ifadə etmişəm. Çox təəssüf ki, açıqfikirliliyimin də hər zaman cəzasını da çəkmişəm.
- Siz İranı da, Rusiyanı da, Qərbi də eyni həvəslə tənqid edirsiniz. Sizin üçün tənqid olunmuyacaq ölkə varmı?

- Əlbəttə ki, var. Məsələn, mən Türkiyə müxalifəti haqqında tənqidi fikir söyləmişəm. Amma Türkiyə dövləti mənim canımdır. Bunun özəl səbəbləri də var. Dayım əsirlikdən sonra Tükriyədə qalıb yaşayıb. Babamın 2 qardaşı Türkiyə üçün şəhid olub. Biri Sarıkamışda ruslara qarşı vuruşub, digəri isə Çanaqqalada vuruşub şəhid olub. Babam da qaçaq olub və bir müddət Türkiyədə yaşayıb. Yəni Türkiyə mənim üçün çox əzizdir. 

Pakistan haqqında da tənqidi fikir söyləməmişəm. Çünki, bu dövlət həmişə bizim yanımızda olub. İsrail haqqında da tənqidi danışmamışam. Çünki, bu dövləti idarə eliyənlər həddindən artıq ağıllı və uzaqgörən adamlar olub. Mənim üçün kriteriya milli maraqdır. Milli maraqları hər zaman önə çəkən dövlətlərin birincisi də İsraildir. 
- Siyasətçiləri çox zaman hansısa ölkə ilə bağlayırlar. Sizi hansı ölkənin adamı hesab edirlər? 

- Vallah partiya rəhbəri olmadığıma görə heç bir ölkə ilə bağlılığım soxdur. Bunu dəqiqləşdirmək də çox çətin deyil. Azərbaycanda 59 partiya qeydiyyata alınıb. Onların 4-5-i xarici dövlətlərə bağlı deyil, Azərbaycan bağlıdır.

Amma əksəriyyəti, xüsusən də müxalifətdəkilər xaricə bağlıdırlar. Bunlar qoltuqaltı müxalifətdir. Yəni hansısa dövlətin qoltuğundadırlar. Çox təəssüf ki, onlar anlamırlar ki, həmin dövlətlər əllərini qaldıranda qoltuqdan birinci bunlar yerə çırpılacaqlar. Xaricdə oturub Azərbaycana ağıl verənlər də bunlardandır.

Partiyaların əksəriyyətinin mayası haramdan yoğrulub. Buna görə kimsə mənə dəli də deyə bilər. Olsun. Amma mən o yolu tuta bilmədim. 1993-cü ildə ABŞ-ın Azərbaycandakı o zamankı səfiri Riçard Mayls tərəfindən mənə çox ciddi təklif olub. Mən təklifdən imtina edəndən sonra mənim üzümə bir çox səfirliklərin qapıları bağlandı.
Artıq 30 ildir ki, o qapılar hələ də üzümə bağlıdır. Amma peşiman deyiləm. Mən millətimin və dövlətimin maraqlarını satmağı özümə sığışdıra bilmədim. Buna görə çoxlu sayda problemlə rastlaşmışam. Ən əsası hər zaman ciddi maddi problemim olub. Bu indi də belədir. Çünki, insan bir dəfə satıldısa hər zaman onu satın almaq mümkündür.    

- Yaşadığınız ömürdə peşiman olduqlarınız varmı?

- İnsan yaşlaşdıqca bəzi şeyləri dərk eləyir. Peşiman olduqlarım var. Mən ailəmdən üzr istəyirəm. Mən ailəm üçün lazımi şəraiti yarada bilmədim. Baxmayaraq ki, buna hər cür imkanım olub. Adicə “qəzet köşkü”m belə yoxdur.

Nə maşınım var, nə bağım var. Veteranlar binasında 37 kvadratmetrlik bir mənzilim var. Ondan başqa heç nəyim yoxdur. Bircə peşimançılığım ailəmə lazımı şərait yarada bilməməyimdir. 

- Nə vaxtsa, rüşvət almısınızmı?

- Vaxtilə çox təklif olunub. Amma almamışam. Və buna görə də heç zaman peşiman deyiləm...

- Nəsil, kök şəcəriniz hara gedib çıxır?

- Bu məsələ ilə bağlı heç zaman öyünməmişəm. Amma bu gizli deyil. Mənim ata-babam Qubanın Alpan kəndindəndir. Ulu babam Zaman bəy bölgənin tanınmış əsilzadələrindən olub. Atamgillər Qubadan Şamaxıya sürgün ediliblər. Burda da onların taleyi gətirməyib. Atamın 5 qardaşı və 4 bacısı Şamaxıda ermənilər tərəfindən məsciddə diri-diri yandırılıb. Nənəm təkcə atamı gizlədə biliblər... 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah yağıntılar tədricən kəsiləcək

Sabah yağıntılar tədricən kəsiləcək

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bakıda obyekt yandı: 4 nəfər xilas edildi

Bakıda obyekt yandı: 4 nəfər xilas edildi

Yeni tədris ili: Dəyişikliklər nələrdir?

Yeni tədris ili: Dəyişikliklər nələrdir?

Düşüncələrimizin taleyimizə TƏSİRİ – Mənfi fikirlər həyatımızı DƏYİŞİR?

Düşüncələrimizin taleyimizə TƏSİRİ – Mənfi fikirlər həyatımızı DƏYİŞİR?

Şuşada birgə sənəd imzalandı - FOTO

Şuşada birgə sənəd imzalandı - FOTO

FAKTİKİ HAVA: Bir sıra ərazilərə leysan, dağlıq ərazilərə qar yağıb

FAKTİKİ HAVA: Bir sıra ərazilərə leysan, dağlıq ərazilərə qar yağıb

Qubada 16 yaşlı qızın nənəsindən erkən nikah qalmaqalına CAVAB - VİDEO

Qubada 16 yaşlı qızın nənəsindən erkən nikah qalmaqalına CAVAB - VİDEO

Türk Dünyasının sığortaçıları Şuşada bir araya gəldi - FOTO

Türk Dünyasının sığortaçıları Şuşada bir araya gəldi - FOTO

Azərbaycana girişi qadağan edilən Valuyev axtarışa verildi

Azərbaycana girişi qadağan edilən Valuyev axtarışa verildi

Atası buna görə toyuna gələ bilməyək - FOTO

Atası buna görə toyuna gələ bilməyək - FOTO

Məşhur basketbolçu Mariya Şarapovanın evini aldı

Məşhur basketbolçu Mariya Şarapovanın evini aldı

Rasim Məmmədov azadlığa çıxdı

Rasim Məmmədov azadlığa çıxdı

Bacadan gələn ölümcül TƏHLÜKƏ

Bacadan gələn ölümcül TƏHLÜKƏ

Xınalığa qar yağır

Xınalığa qar yağır

Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO

Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO

Azərbaycanlı futbolçunun komandası qalib gəldi

Azərbaycanlı futbolçunun komandası qalib gəldi

İranda yenidən zəlzələ oldu

İranda yenidən zəlzələ oldu

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

Bu ölkədə yeni "iPhone"un satışı qadağan olundu

Bu ölkədə yeni "iPhone"un satışı qadağan olundu

Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA

Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA

End of content

No more pages to load

RADİO